Rüşt yaşı nə deməkdir? - ŞƏRH EDİLDİ

"Rüşt inkişaf deməkdir". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, amma ağılın kamilliyi mənasında inkişaf deməkdir: "İnsanın həddi-buluğu var. Yəni fiziki baxımdan müəyyən yaş həddini keçir, oğlan uşağıdırsa, kişiləşir, qızdırsa, qadınlıq potensialına malik olur. Amma rüşt insanın ağlına da aiddir. Yəni insan elə bir səviyyəyə çatıb ki, artıq öz iqtisadiyyatını özü idarə edə bilər, artıq ailə idarə edə bilər, artıq cəmiyyətdə öz mövqeyini qoruya bilər, yaxşını pisdən kamil şəkildə ayıra bilər. Cəmiyyətdə artıq öz yerini bilə bilər. Bunlar insanı rəşid edir, rüşt sahibi edir. Sadəcə fiziki həddi-buluğ rüşt demək deyil. Bu yaş cinayət hüququnda şəxsin başqa şəxslə məlumatlı razılıq verməyə qadir olduğu hesab edilən yaşdır. Əksər hallarda, yetkin şəxs bu yaşdan kiçik biri ilə evlənərsə, qanuni olaraq məsuliyyət daşıyır. Bu cinayətə görə cəzalar qanundan, yaşlı tərəfin yaşından və şəriklər arasındakı yaş fərqindən asılı olaraq dəyişir.

Bəzi ölkələrin qanunlarında yetkin şəxsin özündən kiçik bir şəxs (müəllimlər, həkimlər, məşqçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ailə üzvləri) üzərində səlahiyyət sahibi olduğu vəziyyətlərdə rüşt, razılıq yaşı anlayışı da var. Rüşt yaşı yetkinlik yaşı və ya insanın evlənə biləcəyi yaş (nikah yaşı) ilə qarışdırılmamalıdır. Rüşt yaşı qanundan asılı olaraq geniş şəkildə dəyişə bilər, baxmayaraq ki, əksər ölkələrdə bu yaş 14–18 yaş arasındadır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə