YAP İmişli rayon təşkilatı "Həmişə Sizinləyik" adlı aksiya keçirir - FOTOLAR
YAP İmişli rayon təşkilatı Novruz bayramı ilə əlaqədar olaraq “Həmişə Sizinləyik” adlı aksiyaya start verib. SİA xəbər verir ki, aksiya çərçivəsində 50 Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilərək bayram sovqatı paylanacaqdır. Torpaq çərşənbəsi günü ziyarət edilən on altı şəhid ailəsi ilə görüşən təşkilat sədri Səfa Ağayev şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib.
44 günlük Vətən müharibəsində yüzlərlə imişlili gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb. Hər bir ziyarətin sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. “Həmişə Sizinləyik” aksiyası 20 marta qədər davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB