Ağdamda şəhərsalma məsələləri üzrə işçi qrupunun iclası keçirilir

Ağdam şəhərindəki Konfrans Mərkəzində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzinin “Şəhərsalma məsələləri üzrə” İşçi Qrupunun iclası keçirilir. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Azərişıq”, “Azərsu” və digər qurumların təmsilçiləri iştirak edirlər.

İclasda Ağdamda aparılan tikinti-quruculuq işləri, rayonun ilk bərpa ediləcək kəndlərin tikinti layihələri, Ağdam şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi istiqamətində görülmüş işlər, bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi, su təminatı, eləcə də infrastruktur təminatı obyektləri üzrə görüləcək işlərin vəziyyəti müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə