"Bu il Zaqatalada qaz xətlərinin çəkilməsi nəzərdə tutulub" - QURUM RƏSMİSİ AÇIQLADI
Zaqatalada sakinlər qışı çətinliklə keçirir. Rayonun Çobankol və Gözbarax kəndlərində qaz yoxdur. Kənd sakinləri odun alaraq qışı keçirirlər. Bu məsələ ilə bağlı SİA-nın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki, qazlaşdırılma tədbirləri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq mərhələli şəkildə “Azəriqaz” İstehsalat Birliyinin mövcud maliyyə imkanları çərçivəsində həyata keçirilir: “2023-cü ildə Zaqatala rayonunun yeni yaşayış massivlərinin paylayıcı qaz xətlərinin çəkilməsi nəzərdə tutulub. Rayonun Gözbarax, Çobankol və digər yaşayış məntəqələrinin qazlaşdırılması məsələsinə isə növbəti mərhələdə baxılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB