Oriyental rəqsi Azərbaycan xanımına yaraşdırmıram - RƏQQASƏ DANIŞDI

Rəqqasə Fatimə Fətəliyevanın oriyental rəqs haqqında söyləydiyi fikirlər müzakirəyə səbəb olub. SİA xəbər verir ki, tanınmış sima "İnstaqram" profilindən canlı yayım edərək “oriyental rəqsi özümə yaraşdırmıram. Ümumiyyətlə, Azərbaycan xanımına yaraşdırmıram” sözlərini deyib.

Hazırda Azərbaycanda oriyental rəqs ilə məşğul olan Renka (Rəna Ağamuradova) və Aytən Əliyeva Fətəliyevanın dedikləri barədə fikir bildirib.

A. Əliyeva Fatimənin oriyental rəqs ilə sənətə gəldiyini bildirərək, “Fatimənin o sözü dediyinə qulağımla eşitməsəm, inanmaram. Çünki onun özü ilk dəfə oriyental rəqs oynayıb. O ki qaldı rəqs, geyim əxlaq göstəricisi deyil. Ən gözəl, dəbli, sanballı toylarda, xınalarda rəqqasələr çıxış edir. Onun o sözünə nə demək olar ki? Adamın gülməyi gəlir. Axı o da bu rəqslə çıxıb. Videoları da var",- deyə açıqlama verib.
Renka isə bunun Fatimənin dediklərinə, “Kiminsə fikrinə qarşı çıxası deyiləm. İnsandır, özü bilər, şəxsi fikridir. Mənim də düşüncəm kiminsə xoşuna gəlməyə bilər. Mən qalmaqal sevmirəm. Kiminsə mənim haqqımda nəsə deməsi vercimə deyil. Öz həyatımı yaşayıram, kim nə düşünür düşünsün. Başımı aşağı salıb işimi görürəm”,- deyə fikir bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə