Məşhur müğənni həbs edildi? - FOTOLAR

Müğənni Yusuf Güney istədiyi yerə müdaxilə etmədikləri səbəbi ilə vuruşduğu meşə zabitlərinin üstündən keçdi və yanında silahı ilə havaya bir neçə atəş açdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, Güney nəzarətə alındı.

Bölgədəki işlərə yanğınsöndürmə vasitələri ilə dəstək verən müğənni Yusuf Güney, dünən gecə Çardak Mahallesi, Balamutda yanğın söndürən meşə zabitləri ilə mübahisə edib.

İddialara görə, Güney istədiyi yerə müdaxilə etmədikləri səbəbi ilə vuruşduğu meşə zabitlərinin yanına gedib və yanındakı silahı ilə havaya bir neçə atəş açıb.

Bölgədə jandarma qrupları tərəfindən nəzarətə alınan Güney, Tağıl Jandarma Stansiyasına aparılıb. Müğənni Güneyin polis bölməsində sorğu -sual edilməsi davam edir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə