Həyat yoldaşının yeni yaşını belə qeyd etdi - FOTO

Kino dünyasının ən xoşbəxt nikahlarından birinin qəhrəmanı olan cütlük ad gününü belə qeyd edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hal-hazırda vacib rollardan birini oynadığı “Thor” serialı ilə gündəmdə olan Kris Hemsvors sosial media paylaşımı vasitəsi ilə həyat yoldaşı Elsa Patakinin 45 yaşınını təbrik edib.

Hemsvors “İnstaqram” səhifəsində həyat yoldaşı ilə çəkilmiş bir sıra fotolarını paylaşıb. Bu fotoda ən təəccüblü və bəyənilən paylaşım birlikdə etdikləri idmandan sonra arvadını güclü əzələləri ilə qucaqladığı poz olub. Hemsvorsun "Ad günün mübarək, mükəmməlim" notu ilə paylaşdığı bu pozalar cütlüyün izləyicilərindən bəyənmə və şərh alıb.

Kris Hemsvorsun yazılarına münasibət bildirənlərdən biri Elsa Patakinin çox şanslı olduğunu bildirib. Bəzi izləyiciləri əsl şanslı insanın Kris Hemsvors olduğunu iddia edib. "Heç kimin məni bu əzələlərlə qucaqladığını təsəvvür edə bilmirəm" deyə başqa birisi şərh yazıb. Hemsvorsun bir təqibçisi Elsa Patakinin ayaq əzələlərinin Hemsvorsdan daha güclü olduğunu iddia edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...