Türkiyəli müğənni Emre Altuq rus qadınlarını xüsusi adlandırıb...

...Rusiya tamaşaçılarına seriallardakı rolları və “Bu Kadarmı” hiti ilə tanınan türk müğənnisi və aktyoru Əmrə Altuq Moskvaya gəlib.

Onun “Əmrə Altuq canlı” adlı konserti paytaxtdakı Arbat zalında MeLoDi orkestrinin müşayiəti ilə keçirilib.

Tədbiri Vyaçeslav Makarov aparıb.

SİA-nın məlumatına görə, 5-tv.ru müxbiri ilə söhbətində Altuq Rusiya və pərəstişkarları ilə bağlı təəssüratlarını bölüşüb, səmimi qarşılanmaya görə onlara təşəkkür edib və rus qadınları haqqında fikirlərini bildirib.

...Əgər təkcə rus qadınlarını mühakimə etsəm, bu, tamamilə doğru olmazdı, amma tanıdığım rus qadınları çox xüsusidir. Onlar yüksək təhsillidirlər və biz bilirik ki, onlar çox şəfqətlidirlər. Həmçinin bilirik ki, onlar dünyanın ən gözəl qadınlarındandır. Rus qızlarının gözəlliyi təsvirolunmazdır.

Bunu türkiyəli sənətçi deyib.

Qeydn edək ki, Əmrə Altuq 14 aprel 1970-ci ildə İstanbulda anadan olub. Dövlət Konservatoriyasını bitirib və karyerasına teatr səhnəsində, xüsusən də Dormen truppası ilə başlayıb.

O, həmçinin tanınmış türk ifaçılarının vokalisti kimi də çalışıb.

Altuq ilk albomunu 1998-ci ildə yazdırıb və bu, onun böyük ekrandakı debütü olub.

Altuq 30-dan çox film layihəsində rol alıb, lakin ona beynəlxalq şöhrət gətirən "Kinqfişer" serialı olub.

...Hava limanında rusiyalı fanatlar türk ulduzunu çörək-duz və çoxsaylı hədiyyələrlə qarşılayıblar. Minnətdar qonaq onları rus dilində salamlayıb və qrup şəkli ilə şərəfləndirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə