Kianu Rivz pərəstişkarlarına şad xəbər

Dünya şöhrətli aktyor Kianu Rivz ilə “Konstantin” filminin davamı üçün danışıqlar aparılıb. SİA xəbər verir ki, bunu rejissor Ceyms Qann açıqlayıb. Onun sözlərinə görə, Rivz ikinci filmdə çəkilmək təklifini ssenarini oxuduqdan sonra nəzərdən keçirəcək. "Biz on ildən artıqdır ki, bu filmi çəkməyə çalışırıq. Bu yaxınlarda hekayəni yekunlaşdırıb "DC Studios"a təqdim etdik və onlar "Yaxşı" dedilər. Ona görə də ssenarini yazmağa çalışacağıq”, - deyə rejissor söyləyib.

Qeyd edək ki, "Konstantin: Qaranlığın Lordu" filmi 2005-ci ilin fevralında nümayiş olunub. Film "DC" komiks seriyası "Hellblazer"in əsasında çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə