“Dom-2”nin 24 yaşlı ulduzunun ölümünün təfərrüatları...

Ölən qadın bir neçə gün mənzildə uzanılı qalıb...

Nijni Novqorodda "Dom-2"nin 24 yaşlı keçmiş iştirakçısı Polina Malinina dünyasını dəyişib. Qızın meyiti şəhər kənarındakı mənzildə tapılıb.

SİA-nın məlumatına görə,Polina sonuncu dəfə bir kişinin yanında görünüb.

Girişdəki müşahidə kamerası cütlüyün Malininanın mənzilinə necə qalxdığını qeyd edib. Səhər Polinanın yanında olan adam tələsik evdən çıxıb. Üstəlik, o, qəribə şəkildə ətrafa baxaraq mənzildən çıxıb və liftə enməyib, pilləkənlərdən istifadə edib. Realiti ulduzu cəmi üç gün sonra tapılıb.

Dostlar qızı ziyarət etmək qərarına gəliblər, onlar heç bir problem olmadan Polinanın mənzilinə giriblər, çünki qapı kilidli deyilmiş və dəhşətli bir mənzil görüblər.

Dostlar dərhal girişə qaçaraq polisə müraciət ediblər. Malininanın ölüm səbəbi hələ müəyyən edilməyib.

...Yeri gəlmişkən Nijni Novqorod proqramının müxbiri xəbər verir ki, ilkin məlumatlara görə, 24 yaşlı gözəli qanunsuz narkotik vasitələr öldürüb.

Məlumdur ki, "Dom-2"dən sonra Polina model agentliyinin filialına rəhbərlik edib. Lakin məlum olub ki, əslində təşkilat saxtakarlıq edib. Şirkət kastinqə gələn insanlara kredit qoyub. Nəticədə, 2024-cü ildə Malinina agentliyin yaradıcısı ilə birlikdə cinayət işində müttəhim olub. Amma Polina istintaq zamanı nəzarətə götürülməyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə