"Qafqazın "Hiroşima"sı əvvəlki tarixi, əzəmətli simasına qayıdacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

"Cənab Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak edib". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Ağdam da daxil olmaqla işğaldan azad olmuş bütün ərazilərə Cənab Prezident böyük diqqətlə, qayğı ilə və həssaslıqla yanaşır: "Xüsusən qeyd edək ki, Ağdam rayonu tamamilə məhv edilərək dağıntılara məruz qalıb. Beynəlxalq ekspertlər, müşahidəçilər, jurnalistlər və Ağdama səfər edən hər kəs bu ərazini Qafqazın "Heroşima"sı adlandırır. Ona görə Ağdamın qurulmasına böyük maliyyə vəsaiti lazımdır. Ağdamda böyük planlar həyata keçirilir. Ağdamın ticarət, sənaye və infrastruktur mərkəzi kimi yenidən qurulması işləri davam etdirilir. Düşünürəm ki, Ağdam da həm də bu gün keçirilən foruma görə xüsusi əhəmiyyətə malikdir. Cənab Prezident burada Ermənistana yönəlik mesajlar verdi. Bu forum çox uğurla nəticələnəcək. Ağdam daxil olmaqla Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzura investisiya yatırmaq istəyən şəxslərində sayında artım müşahidə olunacaq. Çünki çox böyük maliyyə vəsaiti hesabına ərazilər yenidən qurulur və bərpa işləri görülür. İnfrastruktur layihələri icra edilir. Buna görə də xarici investisiyanın işğaldan azad edilmiş ərazilərdə iştirak etməsində maraqlıyıq. Regional problematikanın xarici mütəxəssislərə çatdırılması istiqamətində tədbirlər öz nəticəsini verəcək. Görülən işlər təbliğat xarakteri daşıyır. Belə ki, regionda erməni vandalizminin, barbarlığın ekspertlərə çatdırılması da, bu tədbirlər çərçivəsində həyata keçirilir. Məhz Ağdamın əsas mərkəz kimi seçilməsi də təsadüfi deyil. Çünki Ağdam öncə də ticarətin inkişaf etdiyi rayon kimi özünü göstərib və insanların sıx toplaşdığı məkanlardan olub. Ona görə də Ağdamın yenidən qurulmasından sonra tarixi görkəmi də bərpa olunacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə