Böyük Britaniya ilə əməkdaşlığa davam POLİTOLOQ ŞƏRH ETDİ

"Böyük Britaniya Azərbaycanın Avropadakı əsas stateji tərəfdaşlarından biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniyanı uzun illərin əməkdaşlığı birləşdirir: "Böyük Britaniyanın dünyanın ən nəhəng şirkəti "BP" 30 ildir ki, fəaliyyət göstərir. Bundan Azərbaycan və Böyük Britaniya da faydalanır. Böyük Britaniya ilə siyasi əlaqələrimiz üst səviyyədədir. 44 günlük müharibədə ABŞ, Fransa kimi BMT-nin daimi şurası olan ölkələr Azərbaycanın əleyhinə qətnamə qəbul etmək istəyəndə, Böyük Britaniya bunu əngəllədi və icazə vermədi. Bu, bir daha Böyük Britaniya Azərbaycan əməkdaşlığına verilən dəyəri göstərir. Liz Truss Baris Consonun xarici işlər naziri olub. Onun xarici və təhlükəsizlik siyasətini davam etdirərək Azərbaycan və Türkiyə ilə əməkdaşlığı qoruyacaq".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə