Azərbaycan və İngiltərə münasibətlərinin inkişaf yolu necədir? POLİTOLOQ ŞƏRH VERDİ

"Birləşmiş Krallıq ilə Azərbaycan arasında 30 illik tarixə söykənən diplomatik münasibətlər mövcuddur".Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, bu 30 il ərzində Birləşmiş Krallıq münasibətlərin geniş spektrində Azərbaycanla daim yaxşı münasibətlərdə olub.: "1992-cı ildə imzalanmış Əsrin müqaviləsinə əsasən Birləşmiş Krallığın ən iri neft və qaz ixrac edən şirkəti olan BP Azərbaycanda rəsmi fəaliyyətə başladı. Birləşmiş Krallığın Azərbaycan iqtisadiyyatında əhəmiyyətli investisiya payı vardır. Bu illər ərzində Azərbaycan siyasi arenada Birləşmiş Krallığın dəstəyini hər zaman hiss edib. Keçmişdə qalan Qarabağ probleminin həllində Birləşmiş Krallığıda üstünlük təşkil edən iki siyasi partiyanın hakimiyyəti illərində bunu bariz şəkildə görmək olar. Bir gün öncə İngiltərənin siyasi sistemində yeni Baş naziriin namizədliyinin seçilməsi və yeni dövrün başlanmasına şahidlik etdik. İngiltərənin yeni baş naziri postuna Liz Tarssın namzidəliyi digər namizədlərdən daha çox səs topladı və artıq İngiltərə karliçası tərəfindən də bu namizədlik təqsdiqləndi. Beləliklə, Böyük Britaniya yeni baş nazir təyin edildi".

Politoloq Amid Əliyev bildirib ki, İngiltərənin əvvəlki Baş naziri olmuş Boris Consonun dövründə Azərbaycana-İngiltərə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etmişdir: "Hətta iki dəfə Boris Conson Azərbaycan dövlətinə Covid qarşı mübarizədə və Əfqanstandakı Azərbaycan ordusunun xidmətinə görə təşəkkür də etdi. Bildiyimiz kimi, Boris Conson İngiltərə siyasi sistemində özünəməxsus çəkiyə malik olan Mühfizəkarlar partiyasını təmsil edirdi və onun təmsil etdiyi kabinetdə Liz Trass da XİN kimi fəaliyyət göstərirdi. Keçmiş kabinet Ukrayna hərbi kompaniyasında qəti şəkildə Ukraynanın müstəqilliyini və ərazi bütövlüyün dəstəkləyirdi. Liz Trass hətta bununla bağlı olaraq Rusiya XİN Lavrova son dərəcə qəti etiraz bildirən son dövrün diplomatlarından oldu. Bununla demək olarıq ki, Liz Trass da keçmiş MDB məkanında müstəqil dövlətlərin xarici siyasət yeritməsinə və ikitərəfli və qarşılıqlı münasibətlər qurmasına tərfdardır. Liz Trass İngiltərənin son 3 Baş naziri ilə işləmiş və 11 müxtəlif nazir postunu tutmuşdur. Bu isə özlüyündə onun peşəkarlığından və bu illər ərzində İngiltərə tərəfindən həyata keçirilən xarici siyasətdən xəbərdar olmasını deməyə imkan verir. Məhz Liz Trassın İngiltərənin XİN olduğu zaman Qafqazda vacib siyasi hadisələr baş verdi. Azərbaycan II Qarabağ müharibəsində qalib oldu, öz müstəqilliyini bərpa etdi, itirilmiş ərzilər qaytarıldı və bütün bu hadisələr İngiltərənin siyasi dəstəyi fonunda baş tutdu. Hətta müharibənin gedişi zamanı ən yüksək səviyyədəAazərbaycana qarşı sanksiya tətbiq edilməsinə qarşı məhz İngiltərə veto hüququndan istifadə etdi. Zəngəzur mahalı ilə bağlı İngiltərə muzeylərində saxlanılan tarixi sənəd dünya ictimaiyyətinə təqdim edildi. Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, növbəti illərdə də İngiltərə ilə Azərbaycan arasında siyasi, iqtisadi, hərbi və diplomatik münasibətlər məhz qalib Azərbaycanın maraq və mənafeyinə uyğun şəkildə davam edəcək. Bunu vacib edən əsas şərtlər yuxarıda vurğulandı. Bu gün İngiltərə bölgədə yeni yaranmış siyasi reallıq çərçivəsində Azərbaycanın attığı addımları tam şəkildə dəstəkləyir, Qarabağın yenidən qurulmasında maraqlıdır, Azərbaycanın Avropanının enerji təhlükəsizliyini təminetmə siyasətini təşviq edir, Zəngəzur dəhlizinin açılmasını və tam şəkildə işə düşməsinə siyasi və iqtisadi maraq göstər və ümumilikdə Azərbaycanın Avropaya siyasi və iqtisadi cəhətdən inteqrasiya etməsi işinə özünəməxsus şəkildə töhvə verir".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə