"Səbrimiz tükənmək üzrədir" HƏRBİ EKSPERTDƏN REAKSİYA

"Yenidən Azərbaycan və Ermənistan arasında müharibə olacağını gözləmirəm". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ədalət Verdiyev qeyd edib ki, bunun üçün əks tərəfin müqavimət potensialı mövcud olmalıdır: "Ermənistan hazırda müharibədən əvvəlki potensialının təxminən 50 faizinə malikdir. Azərbaycan ordusunun potensialı isə müharibədən əvvəlki müddətdən iki dəfə daha yüksəkdir. Bu halda Ermənistanın müharibə edə biləcək potensialı yox dərəcəsindədir. Lakin antiterror əməliyyatlarının keçirilməsi istisna deyil".

Hərbi ekspert fikirlərinə əlavə edərək bildirib ki, məsələ ilə bağlı internetdə müxtəlif müzakirələr gedir. Biz, ilk növbədə, baş verən proseslərə Azərbaycanın sülh tərəfdarı olmasını da vurğulamalıyıq. Ermənistan prosesləri gecikdirməklə Azərbaycanın səbrini tükəndirmək üzrədir. Biz ictimaiyyət olaraq Ermənistan tərəfindən müsbət addımların atılmasını və erməni silahlılarının Qarabağ ərazisindən çıxarılmasını Zəngəzur dəhlizinin açılması və azərbaycanlı vətəndaşlarımızın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə qayıtmasını gözləyirik. Lakin indiki vəziyyətdə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Hər an hər şey ola bilər, lakin bu, Azərbaycandan yox, Ermənistanın davranışlarından asılıdır. Onlar üzərinə götürdükləri öhdəlikləri yerinə yetirərlərsə, heç bir əməliyyat keçirməyə zərurət qalmır. Ermənistan tərəfi imzaladığı şərtləri zor və ya xoş ilə yerinə yetirməyə məcbur olacaq.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə