Birinci Vitse-Prezidentlik İnstitutu bütün sahələrimizin inkişafına böyük dəstək verib - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezidentlik institutunu yaratması və Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsini Mehriban xanım Əliyevanın yerinə yetirməsi dövlətimizin apardığı siyasətdə böyük dəyişikliklərə səbəb olub". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Cavanşir Paşazadə bildirib.

Onun sözlərinə görə, Mehriban xanım Əliyeva həm də Heydər Əliyev Fondunun rəhbəridir: “Ümumiyyətlə Heydər Əliyev Fondu Azərbaycan üçün, Azərbaycan gəncləri üçün böyük işlər görmüş, hətta birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları, şəhid ailələri və qaziləri üçün, onların müalicəsi istiqamətində bir çox işlər həyata keçirmişdir. Birinci vitse-prezidenlik institutu Heydər Əliyev Fondu ilə birgə yüzlərlə məktəbin inşa edilməsinə, təhsil, idman, mədəniyyət və digər sahələrin inkişafına, olimpiya oyunlarının təşkil edilməsinə töhfə verən bir institututdur. 2016-cı ildən bu günə qədər Mehriban xanım Əliyeva bir çox sahələrdə işlər görmüş, yeni-yeni layihələrə imza atmışdır.

44 günlük müharibə dönəmində Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyeva cənab Prezidentin, dövlətimizin, xalqımızın yanında olmuş, müharibədən sonrakı dövrlərdə belə qazilərin həm ölkəmizdə, həm də xarici ölkələrdə müalicə almasına böyük dəstək vermişdir. Müharibə zamanı şəhid olmuş şəxslərin meyitlərinin tapılması və ailələrinə təhvil verilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə deyərdim ki, Azərbaycanda Birinci vitse-prezidentlik institutunun açılması bütün sahələrimizin inkişafına böyük dəstək verib. Mən uğurlar arzu edirəm. Düşünürəm ki, gələcəkdə də böyük nailiyyətlər əldə edəcəyik”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə