"Xalqa yaxın prezident..." DEPUTAT ŞƏRH ETDİ

"Yanvarın 30-da “Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illiyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb. Ölkə prezidentinin bölgədə bir lider olaraq möhkəmlənməsi baxımından çox faydalı veriliş oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Rusiya prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev üçün dediyi fikirlər çox maraqlı və anlamlı idi: "Bütövlükdə Azərbaycan Prezidenti həm də Rusiya auditoriyasında Azərbaycanın problemlərini veriliş vaxtında çatdırdı. Rusiya kanalının Azərbaycana aid belə bir xoşməramlı verilişinin olması faydalıdır. Bu verilişin yayımlanması həm də Azərbaycanın təbliğatının aparılmasında da mühüm rola malikdir. Çox dəyərli veriliş idi. Ölkə prezidentinin 60 illiyi xüsusilə vurğulandı və qabardıldı, burada Azərbaycan Prezidentinə cəmiyyətin verdiyi qiymət göstərildi. Azərbaycan inkişaf dinamikliyi, Azərbaycanın artan nüfuzu verilişdə əks olunmuşdu. Bu, bir növ Azərbaycanın tanıdılması üçün vasitədir. Bu verilişdə Cənab Prezidentimizin gördüyü işlər videoroliklər vasitəsi ilə göstərildi. Burada, eyni zamanda, xalqa yaxın prezident obrazı göstərilmişdi. İşğaldan azad olunan torpaqlarda quruculuq bərpa işləri də videoroliklərdə yer almışdı. Bu, Azərbaycanın tanıdılmasında müsbət addımdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə