Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Batumi şəhərində çoxmərtəbəli binada baş verən uçqunla bağlı başsağlığı verib.

SİA-nın məlumatına görə, bu barədə XİN rəsmi “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Gürcüstanın Batumi şəhərində çoxmərtəbəli binada uçqunun baş verməsi ilə bağlı xəbər bizi çox kədərləndirdi. Faciəvi hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına dərin başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını arzu edirik. Dost Gürcüstanla həmrəyliyimizi ifadə edirik”.

Qeyd edək ki, binanın təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı çökdüyü bildirilir. Hazırkı məlumata görə, hadisə nəticəsində altı nəfər həlak olub. Oktyabrın 11-i ölkədə matəm elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə