"Azərbaycan özü bu qətnamələri həyata keçirib" POLİTOLOQ AÇIQLADI

"Dövlət başçısı İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə işğaldan azad olunmuş ərazilərdə tikinti və yenidənqurma ilə bağlı BMT ilə əməkdaşlıq edəcəyini mesaj verməsi olduqca önəmlidir. Bu əməkdaşlıq beynəlxalq müstəvidə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminin, Ermənistanın işğalı nəticəsində yaranan bu dağıntı-söküntülərin daha da dünya ictimaiyyətinə çatdırılması üçün imkan yaradacaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, BMT-nin də bu sahədə köməkliyi,əlbəttə, Azərbaycan üçün önəmlidir. Ümumiyyətlə, BMT-nin 4 qətnaməsinə Ermənistən əməl etməyib. Azərbaycan özü bu qətnamələri həyata keçirib. Bu dağıntı-söküntünün BMT-nin nəzərinə çatdırması onu göstərir ki, Azərbaycan tərəfi konkret olaraq bu məsələdə, hətta BMT kömək etməsə belə, bu ərazilərin yenidənqurulmasını özü həyata keçirəcək deyən politoloq: "Amma yaxşı olardı ki, BMT də bu prossesə öz töhfəsini versin. Görünür, Azərbaycan tərəfi BMT-ni bu məsələyə cəlb etməklə, erməni vandalizminin, erməni işğalının regiona, xüsusilə də, insanlığa vurduğu zərbənin beynəlxalq müstəvidə mənzərəsini göstərmək istəyir. Əgər BMT də bu məsələdə aktiv iştirak edəcəksə, əlbəttə, Azərbaycan tərəfinin haqlı mövqeyi beynəlxalq müstəvidə daha da gur eşidiləcək".

Həmçinin BMT-nin bu prossesdə iştirak etməsi, digər ölkələrində işğaldan azad olunmuş ərazilərdə tikinti layihələrində iştirak etməsinə gətirib çıxara bilər. Bu, həmçinin, Azərbaycana bir maliyyə köməkliyidir deyən Məhəmməd Əsədullazadə: "Cənab Prezidentin də çevik və praqmatik siyasət həyata keçirərək, BMT-ni bu yenidənqurma və tikinti işlərinə cəlb etməsi, əlbəttə ki, obyektiv və strateji bir siyasətin nəticəsidir. Düşünürəm ki, Prezidentin işğaldan azad olunmuş ərazilərdə yeni infrastrukturun yaradılmasına BMT-ni cəlb etmək istəyi, BMT tərəfindən də müsbət qarşılanacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə