Azərbaycan XİN Əlcəzairə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Əlcəzairdəki meşə yanğınları nəticəsində ölənlərlə bağlı bu ölkəyə başsağlığı verib.

SİA xəbərinə görə, başsağlığı mətni XİN-in "Twitter" səhifəsində yayılıb.

“Əlcəzairdəki meşə yanğınları xəbəri bizi dərindən üzdü. Hadisə nəticəsində dünyasını dəyişənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk, yaralıların tezliklə sağalmasını diləyirik. Bu çətin günlərdə dualarımız dost Əlcəzair xalqı ilədir”, - başsağlığında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə