"Ermənilər öz siyasətlərini faşizm üzərində qurublar" AÇIQLAMA-ÖZƏL

“Ötən gün Tərtər Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində erməni fazişmini tarixi faktlarla açıb göstərdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, ermənilər hər zaman öz siyasətlərini faşizm üzərində qurublar və bu siyasətlərini tarixin hər dönəmində təkrarlamağa cəhd ediblər: “Məsələn II Dünya Müharibəsində ermənilər alman fazişmi tərəfində vuruşmuş, xüsusi briqada təşkil edərək hamıya qarşı öz bəd niyyətlərini ifadə etməyə çalışmışlar. O vaxt ki erməni komandiri Qaregen Njde qeyd etmişdi ki, kim alman faşizmi tərəfində vuruşursa, demək o Ermənistan tərəfində vuruşur”.

Deputat söyləyib ki, müharibədən sonra Njde SSRİ qanunları ilə cəzalandırılaraq, həbsxanada vəfat etmişdi: “Amma buna baxmayaraq, erməni rəhbərliyi Njdeni yenidən qəhrəmanlaşdırır və ona mərkəzdə 6 metr hündürlüyündə abidə ucaldır. Prezident İlham Əliyevin çıxışında da söylədiyi kimi, Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır, lakin Ermənistan yığdığı ianələrlə faşizmin qəhrəmanlaşdırılması istiqamətində tədbirlərə imza atır”.

Badamov vurğulayıb ki, ölkə başçısının da söylədiyi kimi Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır: “ Azərbaycan topaqlarının bu gün də işğal altımda saxlanması, ötən gün ölkə başçısının səfər etdiyi Tərtər rayonunda su ilə bağlı problemin olması erməni faşizminin göstəricisi kimi qeyd etmək olar. Ermənistanın Tərtər şəhərini, Ağdamın kəndlərini bombalaması faşizmin təzahürüdür. Ermənilərin Tərtər çayı üzərində inşa edilən Sərsəng su anbarından Azərbaycan torpaqlarını suvarmasına imkan verməməsi də onların terrorçu mahiyyətini ortaya qoyur”.

Aprel döyüşlərində Azərbaycan ordusunun erməni silahlı birləşmələrini darmadağın etdiyini xatırladan deputat qeyd edib ki, ermənilər isə Azərbaycan ordusuna gücü çatmadığı üçün təmas xəttinə yaxın olan rayonlarımızda yaşayan əhaliyə atəş açmaqla qətl hadisələri törətmişlər: “ Bunun özü də faşizmin növbəti göstəricisidir. Ermənistan faşizm siyasəti üzərində qurulduğunu artıq dünya ölkələri də anlayır və onların siyasəti pislənir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə