Dağlıq Qarabağ separatçı rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Akna adı verildikdən sonra Ağdam şəhəri Əsgəran rayonunun ərazisinə daxil edilib.
Separatçı rejimin ərazilərin vahid bölgüsü üzrə nümayəndəsi Serqey Nəsibyanın sözlərinə görə, adın dəyişdirilməsində məqsəd ərazi bölgüsünün düzgün aparılması və məişətdə mövcud olan problemlərin aradan qaldırılmasında köməklik göstərməkdən ibarətdir.
Separatçı rejimin məlumatına görə, hazırda Ağdamda 360 nəfər yaşayır. İşğal altındakı şəhərdə su və elektrik enerjisi yoxdur.
Qeyd edək ki, separatçı rejim Ağdama Qarabağdakı erməni məhəllələrindən birinin adını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB