Elşən Musayev: “Gücümüz olan yerdə alternativ axtarmağa dəyməz” AÇIQLAMA

"Bu gün Azərbaycan ordusu, dövləti o qədər müsbət işlər görüb, güclüdür və düşmənə ağır zərbələr endirib ki, burada başqa format axtarmağa ehtiyac yoxdur". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, ola bilsin ki, kiminsə ürəyindən keçir və ordumuza hansısa dəstək göstərmək istəyir, amma mənim düşüncəm ondan ibarətdir ki, hansısa erməni gədəsi, dığası vandalistinə pul verməyə dəyməz: "Onlar nəinki 10-15 min manata heç 5-10 manata dəyən şərəfsizlər də deyil. Azərbaycan ordusu, əsgəri o qədər güclüdür ki, onlar ermənilərin dərsini hər an verir.

Ölkəmizin İlham Əliyev kimi Ali Baş Komandanı, o cümlədən ləyaqətli və cəsur prezidenti var. Bununla belə, Azərbaycanın çox peşəkar müdafə naziri var. Eləcə də ölkəmizin çox yetişkin, kordinasiya olunmuş ordusu var. Belə məqamda kənar hansısa təklifləri dəyərləndirməyə əslində ehtiyac yoxdur. Düşünürəm ki, hərbi və diplomatik formada problem öz həllini tapmalıdır. Bütün hallarda Azərbaycan ordusuna, Prezidentinə güvənmək lazımdır. Hesab edirəm ki, gücümüz olan yerdə alternativ axtarmağa dəyməz".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...