"Azərbaycan ilə Avropa Komissiyası arasında əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır" - ŞƏRH
"Azərbaycanın Avropa dövlətləri, Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrinin yüksək səviyyədə olmasına böyük önəm verilir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox vacib və əhəmiyyətli rol oynayır".
Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, eyni zamanda ölkəmiz bir çox Avropa dövləti ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb:
"Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr davamlı şəkildə inkişaf edir və Azərbaycan bu əməkdaşlığın daha da genişlənməsində maraqlıdır. Avropa Komissiyasının Prezidenti ilə keçirilən görüş zamanı cənab Prezident mühüm mesajlar və bəyanatlar səsləndirdi. O, ölkəmizdə həyata keçirilən quruculuq işləri, Azərbaycan–Avropa İttifaqı münasibətləri, sülh quruculuğu prosesi, enerji təhlükəsizliyi və qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı vacib fikirlərini bölüşdü.
Avropa Komissiyasının Prezidenti də Azərbaycan haqqında yüksək fikirlər səsləndirdi. O, Azərbaycanın zəngin tarixi irsə malik olmasını, eyni zamanda müasir şəhərsalma və inkişaf modeli nümayiş etdirməsini xüsusi vurğuladı və ölkədə aparılan inkişaf proseslərini yüksək qiymətləndirdi.
Bu gün Azərbaycan ilə Avropa Komissiyası arasında əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır və strateji xarakter kəsb edir. Azərbaycan da bu əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır və bunun üçün bütün imkanlarını səfərbər edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB