"Azərbaycan polisi ictimai təhlükəsizliyin etibarlı qarantıdır" - DEPUTAT DANIŞDI
"Azərbaycan polisinin şərəfli və zəngin tarixi vardır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin qəbul etdiyi ilk mühüm qərarlardan biri məhz polis orqanlarının yaradılması olmuşdur".
Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu, dövlətçiliyin möhkəmləndirilməsi və ictimai asayişin təmin edilməsi istiqamətində atılmış mühüm addımlardan biri idi:
"Ötən illər ərzində Azərbaycan polisi ölkəmizdə qanunun aliliyinin, ictimai təhlükəsizliyin və asayişin qorunması istiqamətində mühüm xidmətlər göstərib. Eyni zamanda, Birinci Qarabağ müharibəsi dövründə polis əməkdaşları ön cəbhədə döyüşərək Vətənin müdafiəsində böyük qəhrəmanlıq və fədakarlıq nümunələri nümayiş etdiriblər. Həmin dövrdə döyüşənlərin əhəmiyyətli hissəsini məhz polis əməkdaşları təşkil edirdi.
Müstəqillik dövründə də Azərbaycan polisinin vətəndaşların təhlükəsizliyinin, hüquq və azadlıqlarının qorunması istiqamətində fəaliyyəti yüksək qiymətləndirilməlidir. Onların peşəkarlığı, xidməti vəzifələrinə məsuliyyətlə yanaşmaları, cinayətkarlığa qarşı mübarizədə göstərdikləri qətiyyət və fədakarlıq hər zaman cəmiyyət tərəfindən təqdir olunur.
Azərbaycan dövlətinin həyata keçirdiyi hüquq-mühafizə və dövlətçilik siyasətinin icrasında polis əməkdaşları üzərlərinə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirirlər. Bu gün ölkəmizdə hökm sürən sabitliyin, ictimai asayişin təmin olunmasında və cinayətkarlığın aşağı səviyyədə saxlanılmasında onların əməyi danılmazdır.
Peşə bayramı münasibətilə Azərbaycan polisinin bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xidmətlərində uğurlar və yeni nailiyyətlər arzulayıram. Onların Vətənə və xalqa xidmət yolunda göstərdikləri fədakarlıq hər zaman yüksək qiymətləndirilir və böyük hörmətlə qarşılanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB