"Azərbaycan Prezidentinin ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüşü həm ikitərəfli münasibətlər, həm də Azərbaycanın beynəlxalq siyasi mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüş yalnız diplomatik protokol xarakteri daşımır, eyni zamanda Azərbaycanın ABŞ siyasi və ictimai dairələri ilə əlaqələrinin dərinləşdirilməsi istiqamətində strateji addım kimi qiymətləndirilə bilər".
Bu sözləri SİA-ya açqılamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatları ölkənin siyasi qərar qəbuletmə proseslərinə təsir imkanları olan mühüm ictimai institutlar hesab olunur: "Bu baxımdan belə platformalarla əməkdaşlıq Azərbaycanın mövqelərinin ABŞ siyasi elitasına və ictimai rəyinə daha effektiv şəkildə çatdırılması üçün əlavə imkanlar yaradır. Bu cür təmaslar Azərbaycan-ABŞ münasibətlərinin yalnız rəsmi dövlət kanalları ilə deyil, həm də ictimai diplomatiya vasitəsilə inkişaf etdiyini göstərir. Görüş zamanı Azərbaycanın regionda sülh gündəliyinə verdiyi töhfələrin vurğulanması ölkənin konstruktiv və məsuliyyətli tərəfdaş imicinin möhkəmləndirilməsi baxımından da önəmlidir. Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımların beynəlxalq platformalarda müsbət təqdim olunması Azərbaycanın diplomatik mövqelərini gücləndirir və regionda sabitliyin əsas təşəbbüskarlarından biri kimi qəbul olunmasına şərait yaradır. Digər tərəfdən, bu görüş Azərbaycan-İsrail münasibətləri kontekstində də xüsusi əhəmiyyət daşıyır. ABŞ-dakı yəhudi təşkilatları həm ABŞ-İsrail münasibətlərində, həm də regional siyasət məsələlərində mühüm rol oynayırlar. Onlarla əməkdaşlığın inkişafı Azərbaycanın İsraillə strateji tərəfdaşlığının daha geniş beynəlxalq müstəvidə dəstəklənməsinə xidmət edir.
Görüş zamanı ölkədə mövcud tolerantlıq mühitinin və yəhudi icmasına göstərilən dövlət qayğısının vurğulanması Azərbaycanın multikultural və dini tolerant dövlət kimi beynəlxalq imicinin gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Bu amil xüsusilə Qərb ictimai rəyində ölkə haqqında müsbət təsəvvürün formalaşmasına töhfə verir.
Ümumilikdə, bu cür yüksək səviyyəli təmaslar Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun davamı kimi qiymətləndirilə bilər. ABŞ ictimai və siyasi dairələri ilə əlaqələrin genişləndirilməsi ölkənin beynəlxalq nüfuzunun artmasına, strateji tərəfdaşlıqların möhkəmlənməsinə və regional təşəbbüslərinin daha geniş dəstək qazanmasına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB