Qarabağdakı erməni separatçı-terrorçu dəstə parçalanıb. SİA xəbər verir ki, bu gün - yanvarın 7-də qondarma rejimin başçısı Arayik Arutyunyan bir sıra “əmr” imzalayıb.
Vitali Balasanyan Qarabağ separatçılarının qondarma “Təhlükəsizlik Şurası”nın katibi vəzifəsindən azad edilib. Onun yerinə Ararat Melkumyan təyin edilib.
Melkumyan 44 günlük müharibə zamanı Xocavənd rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı döyüşüb.
Məlumatlara görə, Vitali Balasanyan özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş milyarder Ruben Vardanyanın təkidi ilə "vurulub". Ermənistan KİV-ləri onların arasındakı münasibətlər kifayət qədər gərgin olduğunu qeyd edir. Vardanyan hazırda Xankəndidə özünə yeni komanda formalaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB