Media savadlılığının artmasında maarifləndirici addım

Medianın İnkişafı Agentliyi ASAN Radio ilə birgə media savadlılığının artırılması məqsədilə “Smart media” rubrikasına başlayır. SİA xəbər verir ki, Medianın İnkişafı Agentliyi qlobal informasiya mühitinin əsas anlayışlarından olan media savadlılığı ilə bağlı məlumatlılığın artırılması üçün bu gündən etibarən ASAN Radio-nun dalğasında çarxlar səsləndirəcək. Medianın İnkişafı Agentliyinin sosial media hesablarında da paylaşılan postlar vasitəsilə mövzu ilə əlaqədar əsas suallar cavablandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə