"Media sahəsindəki islahatlar kompleks xarakter daşıyır - ƏMƏKDAR JURNALİST MÖVQE BİLDİRDİ

"Əvvəla qeyd edim ki, media sahəsindəki islahatlar kompleks xarakter daşıyır. Və yalnız hüquqi bazanın formalaşdırılmasını əhatə etmir". Bunu SİA-ya açıqlamasında əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

O, qeyd edib ki, Media Agentliyi tərəfindən daha geniş işlər aparılır. Bugünkü təqdimatda da görülən işlərin və atılacaq adddımların bizim təsəvvürümüzdən daha geniş olduğu ortaya çıxdı.

Elçin Mirzəbəyli bu barədə fikirlərini belə izah edib: "Məlum oldu ki, bundan sonrakı proseslər ən müxtəlif istiqamətlər üzrə həm sahibkarlıq subyekti kimi medianın inkişafından başlamış, eyni zamanda peşəkarlığın artırılması, gənclərin bu prosesə cəlb edilməsi, bütövlükdə medianın dinamikasının artırılması istiqamətində çoxsaylı tədbirlərin keçirilməsi gözlənilir. Bu aspektdən də düşünürəm ki, həyata keçirilən islahatların nəticəsi özünü büruzə verəcək. Artıq bir sıra istiqamətlərdə pozitiv məqamlar özünü büruzə verməkdədir. Çünki Azərbaycan mediasının faktiki olaraq yaradıcılıq baxımdan keyfiyyəti artır. Bunu hər kəs müşahidəsi əsasında özü üçün aydınlaşdıra bilər. Amma daha geniş istiqamətdə fəaliyyətin ortaya çıxması və nəticələrin əldə olunması üçün daha geniş bir zamana ehtiyac var ki, mən bir media nümayəndəsi kimi gələn il kəsiyində bu mənada kifayət qədər addımların atılacağını və bu addımların ümumilikdə medianın inkişafına təkan verəcəyinə inanıram".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...