“Süni intellekt artıq gələcəyin texnologiyası deyil, gündəlik həyatımızın bir hissəsidir. Aİ media sahəsində işi sürətləndirən mühüm alətə çevrilib”.
SİA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri texnobloqer Tariyel Ağazadə IV Şuşa Qlobal Media Forumunun son günündə çıxışı zamanı səsləndirib.
O bildirib ki, süni intellekt media qurumlarına daha qısa zamanda məzmun hazırlamağa, fərdiləşdirilmiş informasiya təqdim etməyə və kiçik komandalarla böyük layihələr həyata keçirməyə imkan yaradır.
Tariyel Ağazadə qeyd edib ki, Aİ-nin ən böyük üstünlüklərindən biri iş prosesini sürətləndirməsidir. Onun sözlərinə görə, ilkin mətnlərin hazırlanması və məlumatların emalı süni intellekt vasitəsilə daha operativ həyata keçirilir, son redaktə isə peşəkar redaktorlar tərəfindən aparılır.
Texnobloqer vurğulayıb ki, Aİ-nin yaratdığı əsas risklərdən biri dezinformasiya və saxta məzmunun sürətlə yayılmasıdır. O əlavə edib ki, rəqəmsal savadlılığın artırılması, Aİ texnologiyalarından düzgün istifadə və saxta məlumatların vaxtında müəyyənləşdirilməsi bu sahədə əsas prioritetlərdən olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB