Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib. Agentlikdən SİA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.
Müsabiqəyə təqdim edilən materiallar:
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı köşə yazısı;
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı iqtisadi reportaj;
– ən yaxşı sosial reportaj;
– ən yaxşı mədəniyyət reportajı;
– ən yaxşı idman reportajı.
Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 5 noyabr 2024-cü il tarixinədək davam edəcəkdir.
MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Şuşa Şəhəri Günü: Zəfərin təntənəsi - MƏQALƏ
Siyasət 16:51Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:49“Qəhrəmanlıq zirvəsi” - FOTOLAR
Siyasət 15:13Çərəzlərin qovrulması qida dəyərini necə dəyişir?
Sosial 15:06Şuşanın azadlığı milli qürurumuzun təntənəsidir - MƏQALƏ
Siyasət 14:57"Süni intellekt yeni əmək bazarı imkanları da yaradacaq" - İQTİSADÇI
İqtisadiyyat 13:26Şanlı Qələbəmiz tarixi nailiyyətimizdir - MƏQALƏ
Siyasət 13:12Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib
İqtisadiyyat 12:48Vandalizmə məruz qalmış mədəni irsimiz - TƏHLİL
Siyasət 12:38Üz sümüklərinə zərbə vurmağın təhlükəli nəticələri
Səhiyyə 11:29Naxçıvanda din xadimləri üçün təlim keçirilib
Siyasət 11:16Azərbaycan parlamenti gələn ilin dövlət büdcəsini müzakirə edir
İqtisadiyyat 11:13“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Texnologiya 10:54Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb
Hadisə 10:37Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb
Hadisə 10:02Bu gün üç rayonda qaz olmayacaq- XƏBƏRDARLIQ
Sosial 05:04Rusiya Ukraynadakı AES-ə PUA-larla zərbə endirib
Dünya 04:06Yunus Əmrənin yeni əlyazması kəşf edilib
Mədəniyyət 03:22Bu da "Eşref Tek"in yeni tərəf müqabili...
Şou-Biznes 03:05Goranboyda "Niva" aşıb, şəhid anası vəfat edib
Hadisə 02:02İrəvanda dəhşətli yol qəzası - 8 ölü var
Dünya 01:03Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq
Sosial 00:23"Turan" Çempionlar Liqasında qələbə qazanıb
İdman 00:03Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi
Siyasət 3 Noyabr 23:22Daşkənddə Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib
Siyasət 3 Noyabr 23:01Bakıda daşınmaz əmlak ən çox hansı ərazidə bahalaşıb? - AÇIQLANDI
Sosial 3 Noyabr 22:31Moskvada 2 azərbaycanlı yol qəzasında ölüb
Hadisə 3 Noyabr 22:22Gəncədə keçmiş məhkum 88 yaşlı xalasını öldürüb
Hadisə 3 Noyabr 22:02Ən qədim həyat məsləhəti 4600 il əvvəl qeydə alınıb..?
Maraqlı 3 Noyabr 21:52“Kreml ölkəni “müharibə üçün daha bir ucuz muzdlu mənbəyə” çevirib”
Dünya 3 Noyabr 21:26İmam doğma kəndini sərxoşluqdan necə xilas etdi..?
Sosial 3 Noyabr 21:07Qana Putini geri çəkilməyə məcbur etdi?
Dünya 3 Noyabr 20:52Azərbaycan - Latviya arasında konsulluq məsləhətləşmələri..
Siyasət 3 Noyabr 20:45“Bu yanlış məlumatdır”...
Dünya 3 Noyabr 20:29Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
Dünya 3 Noyabr 20:16ABŞ seçkilərində izlənməli olan altı amilin adı açıqlanıb...
Dünya 3 Noyabr 20:06Ekspert Rusiya Federasiyasını “Axilles dabanı” adlandırdı...
Dünya 3 Noyabr 19:48Ruslar benzin üçün növbəyə qayıdacaqlar...
Sosial 3 Noyabr 19:25"Ermənistan Aİ və Aİİ-də eyni vaxtda tamhüquqlu üzv ola bilməz"
Dünya 3 Noyabr 19:16Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9097
+0,39%
-
GBP
2,2881
+0,38%
-
RUB
2,0796
-0,71%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



