Azərbaycan Ordusu Ermənistanın mövqelərini atəşə tutmayıb- MN

Sentyabrın 7-si saat 01:35 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

SİA xəbər verir ki, bu barədə Müdafiə nazirliyi məlumat yayıb.

Qurum Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edib.

Bütün xəbərlər Facebook səhifəmizdə