Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib- MN

Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə