Bu gün - 25 iyul tarixində Böyük Qayıdışın növbəti mərhələsi baş tutub. SİA xəbər verir ki, Laçının daha 19 ailədən ibarət 89 sakini doğma yurda yola düşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bir vaxtlar Laçın şəhərinin sakini olmuş ailələr köç səbəbilə sevinclərini bölüşüb, Ali Baş Komandan İlham Əliyevə yaratdığı imkanlara görə təşəkkür edib, şəhidlərin ruhlarını anıblar və onların ailələrinə başsağlığı diləyiblər, şəhidlərə və qazilərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, onlar işğala son qoyulduqdan sonra Dövlət Başçısınıb göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB