Şuşada kütləvi məzarlıq aşkarlanıb

Şuşa ərazisində kütləvi məzarlıq aşkar olunub. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov məlumat verib.

Məlumata görə, kütləvi məzarlıq Şuşa həbsxanası yaxınlığında qazıntı aparılarkən tapılıb.

Buradakı insan qalıqlarının həbsxanada saxlanılan azərbaycanlı əsirlərə aid olduğu bildirilir.

Şuşada, həbsxana yaxınlığında kütləvi məzarlığın aşkarlanması, işğal dövründə erməni silahlıları tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin sübutu kimi izah olunur.

Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə