Müdafiə naziri təhlükəsizlik qaydalarına əməl etməklə bağlı tapşırıq verib

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən döyüş hazırlığı tədbirlərində müasir döyüş üsulları, arsenala yeni daxil edilən silah və hərbi texnikanın effektiv tətbiqi qaydalarının şəxsi heyətə öyrədilməsi vacibdir.

SİA xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

General-polkovnik Z. Həsənov xidməti-döyüş fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini, bu qaydaların müntəzəm olaraq şəxsi heyətə çatdırılmasını, həmçinin onlara riayət olunmasına daim nəzarət edilməsini tapşırıb.
Sonda qoşun xidmətinin təşkili, xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis və tibbi təminat üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə