Ermənilərin təxribatı nə zaman dayanacaq? - EKSPERT ŞƏRH ETDİ

"Ermənilər təxribatlarına sərhədboyu ərazilərdə davam edirlər. Görünən odur ki, bu proses davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Asif Nərimanlı bildirib.

Ekspert qeyd edib ki, ermənilərin məqsədi müharibədən sonra yaranan vəziyyəti, regionda yaranan reallığı dəyişdirməkdir: "Bütün hallarda Ermənistan hansı tərəfə üz tutsa sonda Bakının dedikləri ilə razılaşmalı olacaq. İndiyə qədər Ermənistan sülhdən qaçma yolu ila vəziyyətin dəyişməsini gözləyirdi.

Ermənistan istəyirdi ki, siyasi güc balansı Azərbaycanın əleyhinə olsun. Əslində təxribatlar buna hesablanıb. Danışıqlardan öncə belə təxribatlarla masadakı söhbəti uzatmaq istəyir. Xüsusən bəndləri dəyişdirmək, diqqəti başqa yerə çəkmək, bölgədə sərhəd təhlükəsizlik məsələsini gündəmə gətirmək məqsədilə bu təxribatlar belə intensiv aparılır. Paşinyanın da bildirdiyi kimi Ermənistan "güzgü prinsipi" əsasında hərəkət edir. Qısası onlar istəyir ki, ordular geri çəkildikdən sonra delimitasiya məsələsi müzakirə edilsin. Bu o deməkdir ki, Azərbaycan ordusu çıxdığı sərhəddən geri çəkilməlidir. Onların istəyi budur. Hansı ki bu sərhəd işğal dövründə Ermənistan tərəfindən irəli çəkilmişdi. Azərbaycan ordusu da müharibədən sonra bu sərhədi bərpa edib.

Ermənistan xüsusən Kişinyov görüşünə hazırlaşır, həmin görüşdə Fransanın onları dəstəkləyəcəyini düşünür. Sözügedən görüşə qədər də təxribatlara davam edəcək ki, gündəm dəyişsin. Daha çox başqa məsələlər müzakirə olunsun. Ermənilər düşünür ki, Fransanın dəstəyi ilə məqsədlərinə çata biləcəklər".

Müəllif: Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə