BQXK-nin avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərinin hərəkət etməsinə şərait yaradılıb. SİA xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçid edən beynəlxalq təşkilata məxsus avtomobillərdən 2 minik və 4 yük maşını əks istiqamətə qayıdıb.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-yə məxsus avtomobillərin sayı 12-yə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB