59 ildən sonra bu gecə Yupiter növbəti dəfə yerə yaxınlaşacaq

Sentyabrın 26-ı ( bu gün) gecənin ilk saatlarında Yupiter planeti Yerə ən yaxın məsafədən keçəcək.

NASA bildirib ki, Günəş qərb istiqamətində batanda Yupiter də səmanın şərq hissəsində yüksələcək. Beləliklə, Günəş sisteminin ən böyük planeti axşam saatlarında görünəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iki planet arasındakı məsafənin 966 milyon kilometr olmasına baxmayaraq, bazar ertəsi günü bu rəqəm 591 milyon kilometr olacaq.

Xatırladaq ki, sonuncu dəfə Yupiter Yerə 1963-cü ildə bu qədər yaxınlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə