Yaxşı profil şəkili NECƏ SEÇİLMƏLİDİR? - BİLMƏNİZDƏ FAYDA VAR

Online dostluq saytlarına üzv olduğunuzda, öz səhifənizə əlavə etdiyiniz profil fotoşəkilinizin necə olduğu çox əhəmiyyətlidir. SİA xəbər verir ki, çünki insanlar bu fotoşəkillərə əsaslanaraq potensial yoldaş namizədləriylə aralarında ola biləcək fiziki uyğunluğu və ünsiyyət qurmaq istəyib istəməyəcəklərini təyin edərlər. Buna görə profilinizə fotoşəkilinizi yüklərkən narahatlıq hiss etməniz çox normaldır. Potensial yoldaş namizədlərinizi təsir edə biləcəyini düşündüyünüz yaxşı görünüşlü bir fotoşəkilinizi və ya sahib olduğunuz ən yaxşı fotoşəkilinizi əlavə etmək istəyə bilərsiniz. Lakin doğru bucaq və işıq altında çəkilmiş 20 il əvvəlki halınıza aid bir fotoşəkil düşündüyünüzdən çox fərqli mesajlar ehtiva edə bilər.

Online profil şəkillərinin tutarlılığını aydınlaşdırılan araşdırmada, iştirakçıların yoldaşlıq saytlarında istifadə etdikləri profil fotoşəkilləri ilə araşdırma daxilində çəkilən fotoşəkilləri müqayisə etmişlər. Əvvəlcə iştirakçılardan öz profil fotoşəkillərinə həqiqiliyi üçün səs vermələri istənmiş, daha sonra bir qrup müşahidəçi bu fotoşəkillər ilə araşdırma daxilində çəkilən fotoşəkilləri müqayisə edərək profil fotoşəkillərinin tutarlılığına səs vermişdir.

İştirakçılar əksəriyyətlə profil fotoşəkillərinin özlərini əks etdirdiyini söyləyərkən, tərəfsiz müşahidəçilər ümumiyyətlə iki fotoşəkil arasında çox fərq olduğunu ifadə etmişlər.

Araşdırmaçılar, tərəfsiz müşahidəçilərin səs vermələri nəticəsində qadınların kişilərə nisbətlə daha az həqiqi fotoşəkillər yüklədiyini tapmışlar. Araşdırmaçıların buna gətirdikləri şərh isə, kişilər fiziki görünüşə daha çox dəyər verdikləri üçün qadınların özlərini fiziki olaraq dəyişdirməyə daha meylli olmaları ilə əlaqədar.

Profilinizə qoymaq üşün fotoşəkil seçərkən, sizin ən yaxşı xüsusiyyətlərinizi vurğulayan, amma eyni zamanda həqiqi və sizi təmsil edə biləcək bir şəkilinizi seçin. Əgər tərəddüd edirsinizsə, köhnə fotoşəkillər yerinə yeni bir fotoşəkilinizi çəkin və bir neçə yoldaşınıza göndərin. Siz o fotoşəkilin özünüzə bənzədiyini düşünür ola bilərsiniz, ancaq sizə çöldən baxan bir göz üçün eynisi etibarlı olmaya bilər. Mükəmməl bir fotoşəkilə sahib olmaq möcüzədir, lakin tutarlı bir fotoşəkilə sahib olmaq sizin nə qədər özünüz haqqında dürüst olduğunuzu izah edər.

Bütün xəbərlər Facebook səhifəmizdə