İtaliyanın əhalisi 11,5 milyon azalacaq

50 il sonra İtaliyanın əhalisi 11,5 milyon nəfər azalacaq.

SİA-nın əldə etdiyi məlumata görə, ölkənin Milli Statistika İnstitutu (ISTAT) 2021-ci il üçün əhali təxminlərini yeniləyib.

Məlumatlara görə, 2021-ci il yanvarın 1-də 59,2 milyon nəfər olan İtaliyanın əhalisi 2030-cu ildə 57,9 milyon nəfərə qədər azalacaq.

Gələcəkdə İtaliyanın əhalisi 2050-ci ildə 54,2 milyon nəfər, 2070-ci ildə isə 47,7 milyon nəfər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB