Çinin şimal-şərqindəki Heilongjiang əyalətində hava şarıyla göyə qalxan Hu adlı biri iki gün hava şarından düşə bilməyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,
bu barədə “Associated Press” məlumat yayıb.
Hadisə bazar günü, sentyabrın 4-də baş verib. Hu və tərəfdaşı ağacdan şam qozunu toplamaq üçün hava şarından istifadə edirmişlər.
...Və birdən bərkidildiyi yerdən açılan hava şarı göyə qalxmağa başlayıb. Hu ilə şam qozu yığan tərəfdaş imkan tapıb özünü yerə atmaı bacarsa da, amma Hu buna imkan tapmayıb və...
...Növbəti gün Hu ilə mobil telefon vasitəsilə əlaqə saxlan xilasedicilər, ona şarı yavaş-yavaş boşaltmağı və təhlükəsiz yerə enməyi tapşırıblar.
Hu yerə enməyi bacarana qədər bir gün də keçib. Bu müddət ərzində top təxminən 320 kilometr məsafə qət edərək Çinin Rusiya ilə sərhədi yaxınlığındakı Fangjenq qraflığına düşüb.
...Maraqlıdır ki, Hu heç nədən yox, yalnız bel ağrısından şikayətlənib. Ehtimal ki, bu onun havada hər zaman ayaq üstə durması ilə əlaqədardır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB