Bayden yenə sosial şəbəkədə gündəm oldu

ABŞ prezidenti Bayden gülünc vəziyyətdə: Pencəyini geyinə bilmədi, eynəyi düşdü

Qəribə davranışları ilə tez-tez gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə pencək və gözlüklə başını dərdə salıb.

SİA-nın əldə etdiyi məlumata görə, Bayden pencəyini geyinmək istəsə də, bunu edə bilməyib. Bir neçə dəfə cəhd etdikdən sonra həyat yoldaşının köməyilə pencəyi geyinən Bayden bu dəfə də eyniyini yerə salıb.

Sözügedən kadrların yayılması Baydenin yaşlılıqla bağlı xəstəliyi olduğu iddiasını yenidən gündəmə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə