Bayden yenə sosial şəbəkədə gündəm oldu

9 Avqust 2022 21:57 (UTC+04:00)

Qəribə davranışları ilə tez-tez gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə pencək və gözlüklə başını dərdə salıb.

SİA-nın əldə etdiyi məlumata görə, Bayden pencəyini geyinmək istəsə də, bunu edə bilməyib. Bir neçə dəfə cəhd etdikdən sonra həyat yoldaşının köməyilə pencəyi geyinən Bayden bu dəfə də eyniyini yerə salıb.

Sözügedən kadrların yayılması Baydenin yaşlılıqla bağlı xəstəliyi olduğu iddiasını yenidən gündəmə gətirib.