Bir çox qadının şikayət etdiyi sellulit, portağal qabığı görüntüsü olaraq da bilinir. Daha çox ayaq, bud, oma və qarın hissələrdə olan sellulit qadınlarda özünəinamın azalmasına səbəb olur. SİA xəbər verir ki, yağ hüceyrələrindən yaranan sellulit, əzələləri aşağı doğru itələyərək çuxurlar əmələ gətirir. Bəzən yanlış qidalanma, ya da yağ toxumalarının çox olması səbəbi ilə arıq insanlar da belə görünə bilər. Yaxşı, bəs sellulitdən qurtulmaq üçün nə etmək lazımdır?
Müntəzəm olaraq idmanla məşğul olun
Selulitdən qurtulmağın əsas yollarından biri idmanla məşğul olmaqdır. Müntəzəm olaraq idman edən, əzələlərini inkişaf etdirənlər sellulitdən tezliklə qurtulur. Yağ hüceyrələrinin azalması və əzələlərin möhkəmlənməsi ilə birlikdə portağal görüntüsü də minimuma enir. Ancaq müəyyən bir müddət idmana getmək sonra idmanı buraxmaq işə yaramaz, idmanla məşğul olmağı yaşam fəlsəfəsi halına gətirmək lazımdır.
Yağ asidləri ilə zəngin qidalar
Sellulitdən qurtulmağın bir digər yolu isə kətan toxumu, qoz kimi yağlılığı zəngin olan qidalar istifadə etməkdir. Bədəndəki sellülozun azaldılmasına kömək olan bu qidalar, yağ balansının qorunmasına da kömək edir.
Qəhvə masajı etmək
Sellulitə qarşı olan məhsullardan biri qəhvədir. Qəhvə peeling təbii bir soyucu olaraq göründüyü üçün bədəndəki ölü hüceyrələrin atılmasına və qan dövranının sürətlənməsinə kömək edir. Masaj edərək qəhvə peeling etmək, bu görüntüdən qurtulmağın həllində bir nömrədir. Böyük dənəli şəkər və qəhvə ilə hazırlanan peeling daha çox işə yarayır. Qan dövranını sürətləndirməklə yanaşı, dərinin parlaq görünməsinə də səbəb olur. Sellulit problemlərinə qalıcı həllər tapmaq üçün fastfood və ya yağlı qidalardan uzaq durmaq və rejimli bəslənmək önəmlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB