Adətən isti aylarda çoxları balıq yeməkdən ehtiyyatlanırlar. Çünki isti havada keyfiyyətini tez itirən balıq ətini yemək çox vaxt zəhərlənməyə səbəb olur. SİA bununla bağlı Çin portalında yer alan yazıya diqqət cəkir.
Yazıda deyilir ki, keyfiyyətli balıqları keyfiyyətsiz balıqlardan ayırmaq üçün onların gözlərinə diqqət yetirmək lazımdır. Əgər balığın gözləri buludlu və ya parıldamırlarsa, deməli, balıq köhnədir, yəni uzun müddətdir ki, piştaxtada “yatır”.
Köhnə balıqdan fərqli olaraq, təzə balıqlar toxunuşa elastikdir; yəni barmaqla basıldıqda çöküntülər görünmür.
Keyfiyyətsiz balıqların başqa əlamətlərindən biri də onların quyruqlarının qəribə görüntüsüdür. Bəzi hallarda bu quyruqlar ümumiyyətlə yox kimi görünür. Təbii ki, köhnə balığı təzə balıqdan fərqləndirən digər vacib seçim meyarı onun qoxusudur.
Belə ki, təzə balıqlar, adətən, palçıq iyi verirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB