Pişiklərə sərt karantin rejimi tətbiq olunacaq

Son vaxtlar Avstraliyanın Melbourne şəhərinin şərqindəki bir ərazidə ev pişiklərinə komendant saatı tətbiq edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Melburn şəhərinin Knox bölgəsində 1 oktyabrda komendant saatı başlayacaq. Səlahiyyətli şəxslər komendan saatının pişiklərin və vəhşi aləmin qorunmasına yönəldiyini bildirib. Evlərindən çıxan pişiklərin komendant saatı pozuntularına görə, sahiblərinin 91 dollar və 545 dollar cərimə ediləcəyi bildirilib.

Qeyd edək ki, yerli rəhbərlik bölgədə qeydiyyatda olan 7000 ev pişiyinin gəzməməli olduğunu və yalnız yaşayış həyətində gəzə biləcəyini bildirib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə