Yaponiyada maraqlı hadisə baş verib

Yaponiyanın Niigata əyalətində 139 cüt qadın ayaqqabısını oğurlayan şəxs polis tərəfindən saxlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tsunehito Isobe adlı 47 yaşlı oğrunun özəl bir şirkətdə katib işlədiyi və martın 2-də başqa bir ofisə girib 500 yen dəyərində ayaqqabı oğurladığı zaman yaxalandığı məlum olub. Polis sorğusunda cinayətini etiraf edən Tsunehito Isobe uşaqlıqdan bəri qadın ayaqqabısı ilə maraqlandığını, xüsusilə ayaqqabıların qoxularından təsirləndiyini və bununla da cinsi istəklərini təmin etdiyini söyləyib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə