Ayaq baxımı edərkən nəzərə alınması lazım olan ən vacib məqamlardan biri əlbəttə ki, ayaqqabı seçimidir. Sizin üçün bir növ baxım kimi görünməsə də, ayaqqabılar ayaqda baş verə biləcək bir çox problemin qarşısını alır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, dırnaq və ayaq baxımı üçün daha rahat və ortopedik ayaqqabılara üstünlük verməlisiniz.
Yayda günəşə çıxarkən, ayaqlarınızda sandal və ya tərlik varsa, ayaqlarınızın üstünə günəşdən qoruyucu krem tətbiq edərək qızartıların qarşısını ala bilərsiniz.
Həm kişilərdə həm də qadınlarda görülən ümumi ayaq problemlərindən biri də dabanda çatlaq və ölü hüceyrələrdir. Bunun üçün həll pomza daşıdır.
Ayaq baxımı üçün, xüsusən banyoda ayaqlarınız yumşaldıqdan sonra daban üzərində əmələ gələn ölü hüceyrələri pomza ilə təmizləyə bilərsiniz. Ölü hüceyrələri təmizləmək və hamamdan çıxdıqdan sonra yaranan çatlaqların qarşısını almaq üçün yumşaldıcı kremlərdən istifadə edin.
Nəmləndirici kremləri ayaqlarınızın hər yerinə tətbiq edə bilərsiniz, ancaq barmaqların arasına tətbiq edərkən diqqətli olun!
Çünki ayaq barmaqları arasındakı nəm göbələklərə səbəb ola bilər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB