SİA bu günün bürc proqnozunu təqdim edir:
Qoç♈️
Bu gün yaxşı olar ki, kölgədə gizlənəsiniz, heç bir vacib iş görməyəsiniz. İşgüzar müstəvidə problemlərin yaranmasının səbəbkarı sizi gözü götürməyənlər olacaq. Söhbət o kəslərdən gedir ki, onlar sizinlə açıq mübarizədən çəkinirlər.
Buğa♉️
Maraqlı gündür. Hadisələr sizin istəyinizə uyğun cərəyan edəcək. Bu isə sizin xoşunuza gələcək. Vacib olanı tələsməməkdir. Gün gözlənilməz uğurlarla bağlıdır. Ulduzlar sizi bu gün sevdiklərinizə qarşı diqqətli olmağa çağırır.
Əkizlər♊️
Təəssüf ki, maliyyə çətinlikləriniz olacaq. Bunun səbəbi sizin pulu düzgün xərcləməyi bacarmamağınızla bağlıdır. Ailə büdcəsini təkbaşına planlaşdırmayın, çünki başqalarının da marağı var. Bu gün daşınmaz əmlak almağınız məsləhət deyil.
Xərçəng♋️
İşdə konfliktlərdən uzaq durun. Sizə hücum edənlərə sakit və laqeyd yanaşmağı bacarın. Özünüzə yeni düşmən qazanmayın. Çünki köhnə düşmənlərinizin sayı kifayət qədərdir.
Şir♌️
Əgər hər uğursuzluğunuzu faciəvi şəkildə qiymətləndirsəniz, gün sizə çox ağır təsir bağışlayacaq. Uzunmüddətli səyahətlərdən və ya təmir işlərindən uzaq olun. Ziyanlı vərdişlərdən uzaq durmaqla həyatınızı yaxşılığa doğru dəyişə bilərsiniz.
Qız♍️
Yeni və ya riskli işlərdə iştirakınız maddi vəziyyətinizə zərbə vura bilər. Mübahisələrdən uzaq olun, ondan fayda tapmayacaqsınız. Məişət texnikasının təmirilə bağlı çətinliyinizin olacağı da istisna deyil.
Tərəzi♎️
Bu gün buraxdığınız ən xırda səhv belə, sanki qəsdinizə işləyəcək. Bu səbəbdən sakit olmağa çalışın. Vacib görüşə gedərkən xarici görkəminizə diqqət yetirin. Zərgərlik dəqiqliyi tələb edən işləri bu günlük təxirə salın.
Əqrəb♏️
Ünsiyyətcil olmağınız yeni tanışlarla münasibətdə faydalı olacaq. Istənilən kommersiya fəaliyyətindən əldə edilən gəlir şübhəli görünəcək, ancaq bu sferada ciddi itkidən qorunmağa ehtiyac qalmayacaq. Istər şəxsi, istərsə də işgüzar sferada təkliflərlə çıxış etməyin.
Oxatan♐️
Enerjili olmağınızla hamını heyrətləndirəcəksiniz. Liderlik xüsusiyyətinizdən bəhrələnərək həmfikirləri ətrafınızda birləşdirə bilərsiniz. Gün yaxın ətrafla münasibətlərin möhkəmləndirilməsi və səmimi söhbət üçün münasibdir.
Oğlaq♑️
Ehtimal ki, bu gün başqalarının səhvinə görə cavab verməli olacaqsınız. Bu, sizə təcrübə baxımından fayda gətirəcək. Vaxtınızı mübahisələrə ayırmayın. Çünki yaxın zamanlarda sizin doğru mövqedə olduğunuz hamıya agah olacaq.
Dolça♒️
Bugünkü kommersiya işləri uğurlu olmayacaq. İmzaladığınız sövdələşmə düşündüyünüzdən də az gəlir gətirəcək. Yaxınlarınızın istək və arzularına qarşı diqqətli olun. Sizin üçün əziz olan adamın qəlbinə dəyə bilərsiniz.
Balıqlar♓️
Sizin üçün çox uğurlu gündür. Bu gün həyat eşqiniz o qədər yüksək olacaq ki, bütün işlərin öhdəsindən də gələcəksiniz, hələ üstəlik heç kim sizin cazibənizdən kənarda qala bilməyəcək. Mübahisəli məsələləri həll edəcəksiniz.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB