Liberalizm bir çox hallarda kapitalizmlə qardaş ideyalogiya kimi hesab olunur. Azad bazar iqtisadiyyatını dəstəkləyir və insana hər bir azadlığı layiq bilir. Bu ideologiyaya görə, insan özü haqqda qərar verəcək qədər ağıllıdır. Tolerantlıq da liberalizmin ən təməl dəyərlərindən biri hesab edilir. Liberallar inanırlar ki, tolerantlıq həm fərdi azadlıqların qorunmasına, həm də cəmiyyətdəki rəngarəngliyə kömək edir.

Liberalizmin dəstəklədiyi bərabərlik anlayışı yenə də individualizm nəzəriyyəsinə dayanır. Onlar inanırlar ki, bütün insanlar bərabər doğulub. Buna görə də onların bərabər haqları və hüquqları olmalıdır. Məsələn, onların hamısının söz azadlığı olmalıdır. Onların hamısının seçkidə iştirak etmək hüququ olmalıdır, eləcə də hamısının bu seçkidə sadəcə 1 səsvermə haqqı olmalıdır yəni, hamının seçkinin nəticəsinə təsir etmə gücü bərabər olmalıdır. Liberalizm liberty sözündən qaynaqlanır. Bu da azadlıq mənasına gəlir. Liberalizm fərdi azadlığa ən çox önəm verən siyasi ideologiyadır. Onun fərdi azadlığa olan bu həssasiyyəti əslində birbaşa olaraq ilk faktor olan individualizmlə də birbaşa olaraq bağlıdır. Çünki onlar düşünürlər ki, heç kim bir fərdin qərarlarına, həyatına, dolayısıyla azadlığına qarışmamalıdır. Yəni, fərdlər azad şəkildə öz qərarlarını özləri verməlidirlər.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə